İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea bu həftə Vaşinqtona gedərək İsrailə İranla nüvə silahı müqaviləsini bərpa etməyi təklif edəcək.

Korrupsiya.az  xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Səfər avqustun 31-nə planlaşdırılıb. Barneanın ABŞ Senatında komitələrindən birinin qarşısına çıxacağı gözlənilir” –  KİV qeyd edib.

O, həmçinin bildirib ki, Qərb dövlətləri tezliklə Tehranla nüvə sazişinin bərpası ilə bağlı razılığa gələ bilsələr də, İsrailin kəşfiyyat xidmətləri ölkənin maraqlarını qorumaq üçün İrana qarşı fəaliyyət göstərməyə hazırdır.

İsrail rəsmilərinin fikrincə, 2015-ci il nüvə sazişinə qayıtmaq üçün Vyanada keçirilən danışıqların nəticə verməməsindən sonra İrana qarşı sanksiyalar gücləndirilməli və real hərbi əməliyyat təhlükəsi yaratmalıdır.

Xatırladaq ki, 2015-ci ildə İran və altı ölkə, o cümlədən Almaniya, Fransa və İngiltərə Vyana nüvə sazişi bağlamışdı və bu sazişdə beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın uranın zənginləşdirilməsi proqramının məhdudlaşdırılması nəzərdə tutulur.

Paylaş