Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini 5 qat artıracaq.

Korrupsiya.az  xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.2022-ci il oktyabrın 7-dən etibarən boğazlardan keçidlər üçün mayak, təxliyə və tibbi xidmət haqqı 5 dəfə artırılacaq və hazırda 40 milyon dollar olan gəlir 200 milyon dollara yüksələcək. 1936-cı ildə imzalanmış Montrö sazişinə əsasən, boğazlara girib-çıxan gəmilərdən mayak, təxliyə və tibbi xidmət haqqını toplamaq hüququ var”, – KİV-də qeyd olunub.

Paylaş