Qubadlıda mina partlaması ilə bağlı prokurorluqda araşdırma aparılır.

Korrupsiya.az xəbər verir ki, bu barədə Qubadlı rayon prokurorluğundan məlumat verilib

Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb:

“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır”.

***11:01

2022-ci il 30 avqust tarixində işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

“Unikal” xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində, minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş