Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə Korrupsiya.az a FHN-dən məlumat verilib
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.