Xəbər verdiyimiz kimi, İran Rusiyaya dronların ilk partiyasını göndərib.
Korrupsiya.az “Washington Post”a istinadən xəbər verir ki, Rusiya hərbçiləri PUA-ların keyfiyyətindən razı deyillər.
Məlumata görə, artilleriyaya və digər hərbi hədəflərə hücumlar üçün sursat daşımağa qadir olan sadəcə iki növ PUA olub.
hərbi ekspert Sergey Miqdal bildirib ki, “onlar Amerika və israilli “həmkarları” ilə müqayisədə çox primitivdirlər”.
Eyni zamanda, “Washington Post” bununla bağlı dərc etdiyi postda yazır: “Rusiya dronlardan istifadə edərkən artıq çoxsaylı texniki problemlərlə üzləşib və bəzi dronlar tamamilə sıradan çıxıb. Mütəxəssislərin fikrincə, bu, yüksək keyfiyyətli materiallar və komponentlərin olmaması ilə əlaqədar ola bilər – uzunmüddətli sanksiyalar kontekstində onları almaq olduqca problemlidir. İranın pilotsuz təyyarələri Suriya və İraqda yaxşı nəticələr göstərib, lakin Ukraynada vəziyyət kökündən fərqlidir”.