Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 230 uşaq itkin düşmüş hesab olunur.

Korrupsiya.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 230 uşaq itkin düşüb, 7297 uşaq deportasiya edilib. Eyni zamanda, artıq 5177 uşaq tapılıb, 53 uşaq geri qaytarılıb.

Qeyd olunur ki, Rusiya Federasiyasının genişmiqyaslı işğalı nəticəsində Ukraynada 1114-dən çox uşaq xəsarət alıb.

Paylaş