Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Korrupsiya.az a bildirilib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib