Ruslar MAQATE missiyasının Zaporojya AES-ə gələn marşrutunu artilleriyadan atəşə tutub. 

Korrupsiya.az xəbər verir ki, bu barədə  Zaporojya OVA-nın rəhbəri Aleksandr Starux məlumat verib.

Ruslar MAQATE missiyasının Zaporojjyadan ZNPP-ə qədər əvvəlcədən razılaşdırılmış marşrutunu atəşə tutur. BMT-nin qabaqcıl qrupu təhlükəsizlik səbəbilə hərəkəti davam etdirə bilməz”, – mesajda deyilir.

Starux qeyd edib ki, Ukrayna MAQATE-nin beynəlxalq missiyasının ZNPP-yə təhlükəsiz girişinin təşkili üçün səylərini davam etdirir:

“Biz Rusiya Federasiyasından təxribatları dayandırmağı və MAQATE-yə Ukraynanın nüvə obyektinə maneəsiz giriş icazəsi verməsini tələb edirik”.

Bildirək ki, avqustun 31-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyası işğal olunmuş Enerqodardakı Zaporojjya AES-ə baş çəkmək üçün Zaporojyaya gəlib.

Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojjya AES martın 4-dən Rusiya hərbçiləri tərəfindən ələ keçirilib, o vaxtdan işğalçılar stansiyanın yerinə hərbi texnika və sursat yerləşdirərək ətraf əraziləri atəşə tutublar.

Paylaş