İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyinə raketlər atılıb. 

Korrupsiya.az  “Al Arabiya” istinadən xəbər verir ki, hökumət binalarının və xarici ölkə səfirliklərinin yerləşdiyi “yaşıl zona”da partlayış səsləri eşidilib. Məlumata görə, səfirliyə raketlər atılıb.

Zərbə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

Qeyd edək ki, bazar ertəsi günü siyasətdən getmək qərarını elan edən şiə imamı Müqtəda əs-Sədrin yüzlərlə tərəfdarı Bağdadın hökumət binalarının və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”nı zəbt edərək, Respublika Sarayını mühasirəyə alaraq binaya daxil olublar.

Ümummilli komendant saatına baxmayaraq, İraqın paytaxtında və bir sıra bölgələrində qarşıdurmalar davam edib.

Son məlumatlara görə, silahlı toqquşmalarda 20 nəfər ölüb, 300-dən çox insan yaralanıb

Paylaş