Son vaxtlar tütün məmulatları istifadə edənlərin siqareti tərgitmək üçün vasitələr axtarması dəb halını alıb . Artıq işbazlar da varki onlar tütün istehlakçılarının bu arzularını yerinə yetirmək üşün onları əvəzləyən müxtəlif növ elektron aparat satırlar. Xarici ölkələrdən gətirilən elektron siqaretlər isə müxtəlif cür və müxtəlif qiymətlərə təklif olunur. Mövzumuza qayəsi isə budur ki , müəyyən şirkətlərin üzərlərinə götürdükləri bu biznes yaxşı gəlirlə yanaşı , həm də dələduzluq faktları ilə müşahidə olunur.

Bu dələduzluq faktlarından biri haqqında bəhs edəcəyik. Bir neçə gündən öncə elektron ünvanımıza şikayət daxil oldu. İstehlakçı bizə müraciətində bildirib ki , “Vozol” adlı şirkət https://instagram.com/elixir.baku?igshid=YmMyMTA2M2Y= elektron siqaretlərini İnstagram üzərindən satış edir.

İstehlakçı redaksiyamıza bildirib ki , 20 manata aldığı məhsuldan qeyri- adi və zərərli yağ dadı gəldiyindən şirkətə həmin məhsulu dəyişdirmək və ya qaytarmaq üçün müraciət edib. Eyni zamanda , həmin məhsulu cəmi bir gün özündə saxlayan istehlakçı şirkətdən rədd cavabı alıb. Halbuki alınan məhsulun geriyə qaytarılması və dəyişdirilməsi 14 gün müddət təşkil edir. Habelə alınan məhsulun çeki də istehlakçı da qalmaqdadır. Onu da qeyd edək ki, şirkətin nümayəndəsi Pərvanə adlı xanım ( Parvana) məhsulun geriyə qaytarılması şərtlərini müştəriyə bildirib.

Lakin nədənsə istehlakçıların maraqları və hüquqları açıq- aydın pozulur. Biz hələ məhsulların satışında vergilərin ödənişinin necə həyata keçirildiyini , şirkətin əməkdaşlarının DSMF-yə uyğun şəkildə əmək hüquqlarının qorunub-qorunmamasını demirik. Üstəlik reklam daşıyıcıları və elanlarına görə haraya və necə rüsum ödəmələrini də araşdırmamışıq. Ümid edirik ki, müvafiq maliyyə və dövlət strukturları VOZOL (elixir.baku) adlı şirkətin fəaliyyətini dərindən araşdırıb hüquqi qiymət verəcək.

Beləliklə istehlakçı hüququnun pozulması faktı bizim şirkətlə əlaqə yaratmağımıza səbəb oldu. Özünü şirkətin direktoru kimi edən və adını açıqlamayn şəxs heç bir etik qaydaları gözləmədən bizimlə yuxarı tonla danışdı, eyni zamanda istehlakçının polisə şikayət etməsini bildirdi. Və bunun mətbuata heç bir aidiyyətinın olmadığını qeyd etdi. Halbuki biz üzərimizə düşən vəzifədən qanun çərçivəsində istifadə edərək yalnız istehlakçının deyil , həm də ictimai maraqları müdafiə edirik. Belə ki , yaranan ən kiçik problem həll olunmazsa onun böyüyərək ciddi problemə çevrilməyəcəyinə kimsə zəmanət verə bilməz.

Bu gün ölkədə ictimai maraqların qorunması tövsiyəsini Prezident İlham Əliyev vermişdir. Və bizlər media nümayəndələri olaraq bu maraqları müdafiə etdiyimiz halda hansısa bir şirkətin rəhbəri olduğunu iddia edən şəxs adi etik qaydaları tapdalayıraq hegemonluğunu göstərməz! Bizim üçün artıq prinsipial məsələ olduğu üçün mövzunu dərindən araşdıraraq nəticələri haqqında məlumat verəcəyik.

Analoq.az

Paylaş