Mərkəzi Bankın məlumatına görə, Bakıdan sonra ölkə üzrə ən aşağı orta kredit faizləri Naxçıvanda təklif edilir”. 

Korrupsiya.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan üzrə orta kredit faizi 12.12 faiz olduğu halda, bu göstərici Bakıda 10.68, Naxçıvanda isə 13.04 faizdir:

Orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda bütün növ biznes borclanması da daxildir. Bu baxımdan, istehlak kreditləri üzrə orta faiz dərəcəsi daha yüksəkdir. Diqqəti çəkən digər məqam odur ki, rayonlarda orta kredit faizləri Bakı şəhəri ilə müqayisədə kəskin yüksəkdir. Belə ki, orta kredit faizi Dağlıq Şirvan İqtisadi Rayonunda 19.47, Mil-Muğanda 19.02, Şirvan-Salyanda 18.88, Qarabağda 18.74, Lənkəran-Astarada 18.65, Qazax-Tovuzda 18.25, Mərkəzi Aranda 18.18 faizdir. Digər iqtisadi rayonlarda da orta kredit faizləri paytaxt ilə müqayisədə çoxdur. Bəzi rayonlarımızda orta kredit faizləri Bakıya nisbətən 2 dəfə yüksəkdir”.

Deputat qeyd edib ki, rayonlarda orta faizlərin yüksək olması ümumi kredit portfelinin strukturunda biznes kreditlərinin payının az olması ilə bağlı olsa da, regionlarda yüksək faizlər daha çox borclanma yaradır:

“Eyni zamanda, regionlarda sərmayə qoyuluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir. Ümumi kredit portfelinin də 80 faizə yaxını paytaxtın payına düşür. Bu da bölgələrdə kredit qoyuluşlarının Bakı ilə müqayisədə xeyli az olduğundan xəbər verir. Bu isə o deməkdir ki, Mərkəzi Bank tərəfindən kredit portfelində və faizlərində regional disbalansın azadılması, eləcə də bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac  var”.

Paylaş