Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.

“Unikal” xəbər verir ki,  “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Qubanın Tülər düzü və Tülər kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur

Yenidənqurma işləri çərçivəsində Tülər düzü və Tülər kəndlərində ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 6 km-a yaxın 10 kV-luq, 16 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək. Nəticədə 1000-ə yaxın sakin keyfiyyətli elektrik enerjsi ilə təmin olunacaq.

Qubanın 4 kəndində – Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində isə işlər yekunlaşıb. Artıq yeninlənmiş şəbəkə abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edir.

1000-dən artıq sakini olan 4 kənddə ümumilikdə, 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 7 km-a yaxın 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Abonentlərin sayğacları dəyişdirilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. Mərhələli şəkildə kəndlərin, xüsusilə ucqar ərazilərin elektrik şəbəkəsi tam yenilənir.
 

Paylaş