Bakıda evdən 23 min manatlıq oğurluq olub.
Bu barədə Korrupsiya.az a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN-in Baş Cinayət Axtarışı, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı idarələri və Qaradağ RPİ-nin 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbəsindəki 4 evdən ümumilikdə 8.000 manat pul, 15.500 manat dəyərində qızıl-zinət əşyaları və komputer oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Rzayev, Firdovsi Zahidov və Elməddin Qarayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.