Türkiyənin Muğla kurortunda meşə yanğını baş verib.
Korrupsiya.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, küləyin təsiri ilə böyüyən yanğın bəzi yaşayış məntəqələrini əhatə edib. Yanğınla mübarizədə 31 yerüstü texnika, 19 su təchizatı maşını, 23 quru dəstəsi, 5 buldozer və Muğla regional meşə təsərrüfatının 100-ə yaxın əməkdaşı, o cümlədən bələdiyyələrin yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğınının söndürülmə işləri davam etdirilir.