Bu gün keçiriləcək Paşinyan-Ərdoğan görüşü ilə bağlı xəbərlər, o cümlədən Nikol Paşinyanın ailəsinə məxsus mediada “etibarlı mənbə” ilə dərc olunan silsilə yazılar erməni cəmiyyətinə növbəti həyacan dozası aşılayıb. Ola bilsin ki, ermənilər Rusiya ilə vidalaşmaq istəyirlər”.
Korrupsiya.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, bu günlərdə Nikol Paşinyan komanda yoldaşları ilə söhbətində ruslarla bağlı tezislər təqdim edir:
“Rusiya bizim suverenliyimizi əlimizdən almaq istəyir, ona görə də biz onunla vidalaşıb Avropa və Amerikaya üz tutmalıyıq”.
KİV bildirir ki, bu günlərdə hökumətdə anti-Rusiya əhval-ruhiyyəsi yenicə yayılır. Paşinyanın anti-Rusiya təbliğatından reallıq hissini itirən Kommunist Partiyasının üzvləri Rusiya ilə bütün əlaqələri yavaş-yavaş qırıb avropalılara və amerikalılara öz sevgilərini göstərməli olduqlarını belə gizlətmirlər.
“İqtisadiyyatımızın böyük hissəsi Rusiya Federasiyasının əlindədirsə onunla necə vidalaşmaq olar? Təbii ki, dünyanın fövqəldövlətləri ilə balanslaşdırılmış siyasət və öz maraqlarını irəli sürmək fantastik bir şeydir, lakin bunun üçün ilk növbədə ağıl və bacarıq lazımdır”, – nəşr qeyd edib.