2023-cü ilin dövlət büdcəsində əmək haqqı, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla (22,0%) bağlı xərclər bərabər olmaqla 8,6% artımla proqnozlaşdırılıb, növbəti ildə orta aylıq əmək haqqının artımı 7,1% səviyyəsində nəzərdə tutulub.

Korrupsiya.az xəbər verir ki, bu barədə “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə qeyd olunub.

Bildirilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə büdcə təşkilatları (22%) üzrə proqnozlaşdırılan sığorta haqqının artım tempi isə 5,2%-dir.

Statistik məlumatlara əsasən cari ilin avqust ayında orta aylıq əmək haqqının 829,0 manat səviyyəsində olması və bu göstəricinin müsbət dinamikliyi fonunda cari ilin sonuna gözlənilən orta aylıq pensiya məbləğlərində artımların gözlənilməsi cari ilə dair xüsusi çəki göstəricisinin müəyyən edilmiş səviyyədən aşağı həddə olacağını şərtləndirir.

Paylaş