Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17,5%-ə qaldırılır.

Korrupsiya.az  xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik ediləcək.Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

Paylaş