Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib.

Korrupsiya.az apa-ya istinadən xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb. Saxlanılan şəxslərin olduğu qeyd olunur. Bildirilir ki, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində də istintaq hərəkətləri aparılır.Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

Paylaş