Ermənistan Parlamentində “Dirçələn Ermənistan” partiyasından olan deputat istefa verib.
Korrupsiya.az xəbər verir ki, bu barədə deputat Mariya Petrosyan özü açıqlama yayıb. O, artıq bununla bağlı ərizə verdiyini bildirib. Petrosyan parlamentdə müzakirə edilən mövzuların süni şəkildə olduğunu və xalqın üzləşdiyi problemlərlə heç bir əlaqəsi olmadığını qeyd edib.