Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib.

“Korrupsiya.az” xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, nazir özü getmək qərarı verib.

O, kansler Olaf Şolzdan istefa ərizəsini qəbul etməsini xahiş edib.

Alman mediası Lambrexti qeyri-ciddilikdə və həvəskarlıqda ittiham edib və ölkədəki bir sıra siyasətçilər onun istefasını tələb ediblər.

Paylaş