Bakı metrosunda maşinist qatar idarə edərkən vəfat edib.

“Korrupsiya.az” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib.

Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır.

Paylaş