Balakəndə yaşayış evi yanıb, yanğınsöndürən xəsarət alıb.

“Korrupsiya.az” xəbər verir ki, yanğın hadisəsi bu gün Balakən rayon Yeni Şərif kənd sakini 1961-ci il təvəllüdlü Urkayev Paşa Ramazan oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən YMH-dən yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 130 kv metr olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin 100 kv metr hissəsi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Balakən YMH-nin bir nəfər yanğınsöndürəni yanıq xəsarətləri alaraq Balakən rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Yanğının səbəbi araşdırılır.

Paylaş