Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi.
“Korrupsiya.az” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanla telefon danışığı zamanı söyləyib.
Dövlətimizin başçısı həlak olanlarla bağlı başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.