Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 2 mart 2023-cü il tarixində saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

“Korrupsiya.az” xəbər verir ki, Rəşad Nəbiyev vətəndaşları Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 6 mart 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.

Qəbula yazılmaq üçün 4 mart 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Paylaş