“Qərbi Azərbaycana qayıdışla bağlı qanun qəbul etməliyik”.

“Korrupsiya.az” xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deyib.

“Bu məsələ ilə bağlı çox ciddi qərarlar qəbul etməliyik. Nə üçün İrəvanın Ermənistana verilməsi haqqında qərarı ləğv etməyək? Bunun kimi bir çox qərarlar var ki, ləğv olunmalı və qayıdışla bağlı ciddi proqrmalar qəbul edilməlidir”, – deyə deputat vurğulayıb.

Paylaş