Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” müzakirə olunur.

“Korrupsiya.az”ın məlumatına görə, məruzənin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın komitə iclaslarında iştirak etməməsinə diqqət çəkib.

“Səbinə xanımın bizə verəcəyi cavablarla Aydın müəllimin verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir”, – deyə J.Əhmədova bildirib.

Deputat Fazil Mustafa Jalə Əhmədovanın çıxışına dəstək verib. “Bura gəlmək, iştirak etmək gələnin özünə xeyirdir. Gəlməmək də özlərinə ziyandır. Kommunikasiyanın ziyanı yoxdur, daha da qarşılıqlı inkişaf ola bilər”.

Qeyd edək ki, bu gün keçirilən komitə iclasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı iştirak edir.

Paylaş