Rusiyadan idxal olunmuş qənnadı məhsulunda kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb
AQTA-dan “Korrupsiya.az”a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Dalamana” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi (26.12.2022-26.06.2023-cü il istehsal və son istifadə tarixli) “Kf Elbrus-K” şirkətinin istehsalı olan, ümumi çəkisi 220 kq “Feydra” adlı şokoladlı konfet məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların məhv edilməsinə dair müvafiq qərar qəbul olunub, məhsul partiyası məhv edilib.