Xəbər verdiyimiz kimi, martın 6-da Ali Məhkəminin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib.
“Korrupsiya.az”ın məlumatına görə, Ali Məhkəmənin sədri vəzifəsi müvəqqəti olaraq sədr müavini Çingiz Əsgərova həvalə olunub.
Qeyd edək ki, Çingiz Əsgərov 2000-2003-cü illərdə Avropa Şurası yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin 1-ci katibi olub.
2003-2020-ci illərdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri vəzifəsini tutub. 2020-ci ildə isə Ali Məhkəmənin hakimi və sədr müavini təyin edilib.
Ç. Əsgərov həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsidir.