“Bank Respublika” fiziki şəxsin VÖEN-ə bağlı bank hesabına vəsaitin ödənilməsi ilə bağlı problemlər yaradır.

“Korrupsiya.az” xəbər verir ki, tanınmış PR meneceri Vüqar Babayev bir ilə yaxındır ki, müştərilərin onun VÖEN-inə etdiyi ödənişin bank tərəfindən hesaba köçürülməsində problemlə üzləşir.

Səbəb isə bankın sözügedən vəsaitlərin hər dəfə haradan və kimdən gəldiyinin sübutunu istəməsidir. “Bank Respublika” fiziki şəxsdən öz müştərisi ilə bağladığı müqaviləni və hər ay qaiməni də bankın emailinə göndərməyi tələb edir.

V.Babayev bankın haqsız hesab etdiyi tələbləri yerinə yetirdikən sonra da problemlərin davam etdiyini deyir. Belə ki, qaiməni vuran və vəsaiti göndərən tərəflərin bəlli olduğuna, bankın istədiyi sənədlərin onun emailinə göndərilməsinə baxmayaraq, bank yenə də hər ay sözügedən köçürməni ləngimələrlə təsdiq edir. Bank bəzən emaili almadığını, bəzən diqqətlərindən yayındığını deyərək prosesi daha da uzadır.

PR meneceri bunun fiziki şəxslə müştəri arasında anlaşılmazlığa, şəxsi məlumatların əldə edilməsinə səbəb olduğunu bildirib.

Paylaş