Çoxsaylı müraciətlər nəzərə alınaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən ilk sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə “Korrupsiya.az”a Dövlət Proqramı İdarəetmə Qrupundan xəbər verilib.
Qeyd edilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 20 aprel 2023-cü il saat 23:59-dək uzadılıb.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.
Xatırladaq ki, sənəd qəbulu aprelin 1-də bitməli idi.