Azərbaycan və Ermənistan nümayəndələri Laçın şəhərinin Tex-Gorunzur (Kornidzor) ərazisində görüşüblər. 

“Korrupsiya.az” xəbər verir ki, bu barədə Ermənistan MTN açıqlayıb.

Məlumata görə, görülən işlər nəticəsində vəziyyət xeyli yaxşılaşıb: “Tərəflər bu istiqamətdə sərhədləri dəqiqləşdiriblər. Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın dəhlizi ərazisində yerləşən hissəsində sərhəd naryadlarının yerləşdirilməsi zamanı Azərbaycan tərəfi 100-300 metr irəliləyib”.

Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası zamanı sözügedən ərazilərin Azərbaycana məxsus olduğu məlum olub.

Paylaş