Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb. 

“Azdin.az” xəbər verir ki, bəyanat mətninin layihəsini deputat Kamran Bayramov təqdim edib.

Daha sonra bəyanat qəbul olunub.

***

Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edib.

“Azdin.az” xəbər verir ki, komissiyanın sədri MM sədrinin müavini Fəzail İbrahimli təyin olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib. İclasın davamında bəyanat mətni səsləndiriləcək.

 

Paylaş