Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
“Unikal” xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 121 gündür davam edir.