Rusiya mədəniyyət nazirinin müavini Olqa Yarilova həbs edilib.

“Korrupsiya.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə saxlanılan nazir müavini barəsində həbs-qətimkan tədbiri seçib.

Məmur iyunun 16-dək paytaxtın istintaq təcridxanasına göndərilib. O, istintaqın tələbi ilə həbs edilib. Onun müdafiə tərəfi ev dustaqlığı istəyib, lakin məhkəmə bunu rədd edib.

 

 

 

 

Paylaş