Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinə direktor müavini təyin olunub.

“Korrupsiya.az” xəbər verir ki, bu vəzifəyə Orxan Yusibov təyinat alıb. O bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb.

Qeyd edək ki, 33 yaşlı O.Yusibov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, İngiltərədə Eseks Universitetində (The University of Essex) Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb.

 

 

 

Paylaş