“Dəfələrlə burada müxtəlif sahələr, iqtisadiyyat, sosial sahə, mənzil məsələlər ilə bağlı dinləmələr keçirmişik. Burada ən kəskin fikirlər də deyilib. Bu gün Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var?”.
“Korrupsiya.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? Nə milliyyəti məlumdur, nə təhsili var, bu kimdir? Bunun hansı sənəti var, nədən qorxa-qorxa yanaşırsınız, nədən qorxursunuz? Gərək, belə şeylərdən uzaq olaq”, – deyə S.Novruzov bildirib.