Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfova xəstəxanaya yerləşdirilib.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə xanəndənin oğlu Cəfər Nəcəfov “Instagram” hesabında məlumat yayıb. O, həyat yoldaşının səhhətində yaranan problemlərə görə  Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini açıqlayıb.
“Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir. Kömək edin, təcili dializ lazımdır”, – o, qeyd edib

Paylaş