“Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. İnsanlardan pulu alıb, onları aldadaraq yubadırlar”.

“Korrupsiya.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, həmin şirkətlərdən biri də “Bakı İnşaat” MMC-dir: “Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur. İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab vermir, söhbətdən qaçır. Belə şirlkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”.

 

 

 

 

Paylaş