Rusiya prezidenti Vladimir Putin ekstremal vəziyyətlərdə heç vaxt özünü itirmir.
“Korrupsiya.az” xəbər verir ki  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  deyib.
“Qeyri-standart vəziyyətdə Putin özünü sakit və ehtiyatlı aparır, dəqiq göstərişlər verir, ona görə də bununla bağlı yeni heç nə baş verməyib”, – Kreml sözçüsü jurnalistlərlə söhbətində vurğulayıb.
Peskov həmçinin prezident iqamətgahına hücumun hərtərəfli araşdırılmasının vacibliyini bəyan edib.
Paylaş