“İrəvan və Bakı Almatı bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər”.
“Korrupsiya.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib.
O, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıdığını vurğulayıb: “Üç gün əvvəl Aİ Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadrat kilometr, Azərbaycan isə 29,8 min kvadrat kilometr Ermənistan ərazisini tanıyır”.