Türkiyə və Argentina milliləri zəlzələdən zərərçəkənlər üçün xeyriyyə kampaniyası çərçivəsində Qaziantep şəhərində yoldaşlıq oyunu keçirəcək.
“Korrupsiya.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ilk danışıqlar müsbət nəticə verib. Argentinanın dünya şöhrətli ulduzu Lionel Messinin müsabiqəyə icazə veriləcəyi təqdirdə Türkiyəyə gələcəyi gözlənilir.
Türkiyə Böyük Millət Məclisinin Latın Amerikası və Karib hövzəsi Parlamentinin Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Şahin bildirib: “Zəlzələ qurbanlarının əziyyətini yüngülləşdirmək üçün keçirilməsi planlaşdırılan Türkiyə-Argentina milli matçı həm də Argentina ilə Türkiyə arasındakı münasibətlərə və xalqların yaxınlaşması prosesinə çox mühüm töhfə verəcək”.
Qeyd edək ki, Türkiyə və Argentina milli komandaları indiyə qədər heç vaxt birgə oyun keçirməyib.