Rusiya Silahlı Qüvvələri Baxmut şəhərin tam nəzarət altına alınmasına cəmi bir neçə gün və ya saat qalıb.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Bildirilir ki, Ukrayna bölmələri hazırda 20-yə yaxın binanı saxlayan Baxmutun yalnız bir küçəsinə nəzarət edir.
“Ukrayna Silahlı Qüvvələrin vəzifəsi indi şəhəri saxlamaq deyil, rus qoşunlarının Baxmutdan qərbə doğru irəliləməsinin qarşısını almaqdır”, – KİV qeyd edib.
ABŞ-ın “The New York Times” qəzeti də yazıb ki, Baxmutda vəziyyət o qədər fəlakətlidir ki, Ukrayna Silahlı Qüvvələrinə yalnız könüllülər göndərilir.