Ermənistanda uşaq bağçasında kütləvi zəhərlənmə
“Azdin.az” erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Artaşat şəhərində uşaq bağçalarının birində baş verib. Hadisə nəticəsində 14 uşaq zəhərlənib.
Qidadan zəhərlənən azyaşlılar şəhər xəstəxanasına çatdırılıb.