Cənubi Koreyada “Asiana Airlines” aviaşirkətinə məxsus 194 nəfərin olduğu sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.

“Korrupsiya az” xəbər verir ki, təyyarə uçuş həyata keçirərkən qəfil qapısı açılıb.

Hadisə hava limanına yaxın məsafədə qeydə alınıb. Pilotlar təyyarəni uğurla yerə endirməyə nail olub. Ciddi xəsarət alan olmasa da, 9 nəfər tənəffüs problemləri ilə bağlı xəstəxanaya yerləşdirilib.

Paylaş