Rusiya Federasiyasının Başqırdıstan Respublikasında meşə yanğını baş verib.

“Korrupsiya az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlayıb.

Məlumata görə, yanğın artıq 3 gündür davam edir. FHN qrupları yanğınla mübarizəni davam etdirir. Əraziyə yanğınsöndürən helikopterlər və 53 yanğınsöndürən cəlb olunub. Bildirilib ki, 300 rayon sakini də yanğınsöndürənlərə dəstək verir.

Paylaş