Baxmut yaxınlığında son bir həftə ərzində ruslar xeyli itki veriblər.
“Korrupsiya az” xəbər verir ki, bu barədə Urayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.
Məlumata görə, Rostov vilayətinin Persianivka kəndi ərazisindəki hərbi hospitala hər gün 50-dən çox rus hərbçi ağır xəsarətlərlə yerləşdirilir: “Xəstəxana həddən artıq doludur və kifayət qədər tibbi personalın olmaması səbəbindən ağır yaralananlar arasında ölüm nisbəti yüksəkdir”.
Bildirilib ki, son bir neçə həftədə Baxmut istiqamətində döyüşlər şiddətlənib. Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığındakı cinahlarda uğurlu əks-hücum əməliyyatları həyata keçirir: “İyunun 9-da əsgərlərimiz müxtəlif istiqamətlərdə 1400 metrə qədər irəliləməyə nail olublar”.
Qeyd edək ki, Baxmutun çox hissəsi hazırda rusların nəzarətindədir, lakin şəhər uğrunda döyüşlər hələ də davam edir.