“Nazirlik Ermənistanda Rusiya proqramları üzrə məktəblərin açılmasını Rusiya tərəfi ilə müzakirə edir”.
“Korrupsiya az” xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.
Əvvəllər bu ideyanı Ermənistana Rusiyadan, həmçinin Ukrayna və Belarusdan gələn rusdilli əcnəbilərin çoxluğunu nəzərə alaraq “Qazprom Ermənistan” səsləndirmişdi. Məqsəd bir çoxu ailələrini özləri ilə gətirən yeni gələnlərin inteqrasiyasına kömək etməkdir.
“İşçi qrupları yaradılıb və bir neçə dəfə uzaqdan görüşlər keçirilib. Biz qanunvericiliyimiz çərçivəsində əməkdaşlığı müzakirə edirik. Burada Ermənistan-Çin məktəbi uğurlu nümunədir”, – nazir qeyd edib.
Qanuna görə, Ermənistanda xarici dildə təhsil proqramları yalnız qeyri-hökumət təhsil təşkilatları və beynəlxalq müqavilələr əsasında yaradılmış mərkəzlər tərəfindən həyata keçirilə bilər.