FETÖ-nün sözdə Türkmənistan təşkilatının rəhbəri Zekeriye Cerit həbs edilib.

“Korrupsiya az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Təhlükəsizlik Baş İdarəsi (EGM) Kəşfiyyat İdarəsi və Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən, İyunun 17-də FETÖ-nün yüksək səviyyəli fərarilərinin gizləndikləri kamera evlərindən xaricə qaçmaq istədikləri barədə məlumat əldə edildikdən sonra iki ayrı əməliyyat keçirilib.

Əməliyyatda o, İstanbulda FETÖ-yə aid dərnəklərdə təşkilata məxsus pulların yuyulması və təşkilatın Türkmənistandakı fəaliyyətinə görə terror təşkilatının direktoru olmaqda ittiham edilərək axtarışda olan Zekeriye Cerit saxlanılıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Cerit növbətçi məhkəmədə dindirildikdən sonra həbs edilib.

Paylaş