“Korrupsiya az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, 2022-ci ildə Azərbaycanda ödəniş kartları vasitəsilə 24,4 milyard ödəniş elektron formada həyata keçirilib.
“Son 5 il ərzində ölkədə ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi təxminən 8 dəfə artıb. Son bir il ərzində ödəniş kartları vasitəsilə 460 milyon dəfə əməliyyat keçirilib ki, bu da son 5 ildə 12 dəfə artım deməkdir”.