Naxçıvanda kafedə bıçaqlanma

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

“Korrupsiya az” xəbər verir ki, hadisə dünən gecə saatlarında şəhərin kafelərinin birində qeydə alınıb.

Belə ki, dava nəticədə nəticəsində Naxçıvan şəhər 56-ci məhəllə sakini, 1995-ci il təvəllüdlü Yusifli Xəlil Məzahir oğlu bıçaqlanıb. Sol böyrək və sol dirsək nahiyəsindən ciddi xəsarət alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş